Bank Of Baku

Suriyada keçirilən aksiyalarda 20 nəfər həlak olub

Suriyada keçirilən aksiyalarda 20 nəfər həlak olub
# 16 sentyabr 2011 19:27 (UTC +04:00)
Bakı-APA. Suriyada cümə günü keçirilən hökumət əleyhinə aksiyalar 20 nəfərin həlak olması ilə nəticələnib. Bu barədə Qətərin «Əl-Cəzirə» telekanalı məlumat yayıb.

Suriyada prezident Bəşər Əsədin istefası tələbi ilə keçirilən nümayişlər artıq yeddinci aydır ki, davam edir.

Suriyanın müxtəlif şəhərlərinin sakinləri cümə günü cümə namazından sonra nümayişə çıxıblar. Daha ciddi aksiyalar Dəməşq, Xama, Xüms şəhərlərində və İdlib əyalətində keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR