Bank Of Baku

NATO-nun baş katibi: “Suriyadakı vəziyyətə müdaxilə etmək niyyətində deyilik”

NATO-nun baş katibi: “Suriyadakı vəziyyətə müdaxilə etmək niyyətində deyilik”
# 30 sentyabr 2011 16:18 (UTC +04:00)
Bakı - APA. NATO Suriyadakı vəziyyətə müdaxilə etmək niyyətində deyil. APA-nın beynəlxalq xəbər agentliklərinə istinadən xəbərinə görə, bu bəyanatla NATO-nun baş katibi Anders Foq Rasmussen çıxış edib.

Baş katib Avropa Siyasət Mərkəzindəki çıxışında bildirib ki, alyansın Suriyada və digər ölkələrdəki hadisələrə müdaxilə etmək niyyəti yoxdur.

Onun sözlərinə görə, NATO Liviyada “Birləşmiş müdafiəçi” əməliyyatına görə üzərinə qoyulmuş cavabdehliyi yerinə yetirir: “Buna BMT tərəfindən dəqiq mandat verilib və regiondan qətiyyətli dəstək almışıq. Bu şərtlərdən heç biri nə Suriyaya, nə də digər ölkələrə qarşı yerinə yetirilməyib”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR