Bank Of Baku

Əfqanıstan prezidenti “Taliban”la sülh danışıqlarını davam etdirməkdən imtina edib

Əfqanıstan prezidenti “Taliban”la sülh danışıqlarını davam etdirməkdən imtina edib
# 01 oktyabr 2011 07:45 (UTC +04:00)
APA-nın “BBC News”a istinadən xəbərinə görə, H.Karzay bildirib ki, buna səbəb ölkənin keçmiş prezidenti Bürhanəddin Rəbbaninin “Taliban” tərəfindən öldürülməsi olub.

Ali barışıq Şurasına rəhbərlik edən sabiq prezident sentyabrın 20-də Kabuldakı evində “Taliban” təmsilçiləri ilə görüş zamanı öldürülüb. Taliblərdən biri Rəbbaninin evinə partlayıcı qurğu keçirib və onu işə salıb.

H.Karzay taliblər arasında sülh danışıqları üçün tərəfdaş görmədiyini söyləyib: “Hardadır “Taliban”ın Şurası? Hardadır Molla Ömər? Özünü “Taliban”ın Şura üzvü kimi təqdim edən şəxs ölkənin sabiq prezidentini öldürür, amma onlar buna şərh vermək istəmirlər”.

Əfqanıstan prezidenti hazırkı vəziyyətdə sülh danışıqları üzrə yeganə tərəfdaş kimi Pakistanı qəbul etdiklərini bildirib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR