Bank Of Baku

Səudiyyə Ərəbistanında baş vermiş toqquşmalarda 14 nəfər həlak olub

Səudiyyə Ərəbistanında baş vermiş  toqquşmalarda 14 nəfər həlak olub
# 04 oktyabr 2011 20:51 (UTC +04:00)
Bakı-APA. Səudiyyə Ərəbistanının şərqində baş vermiş toqquşmalarda 11 hüquq mühafizə orqan əməkdaşları və 3 mülki şəxs həlak olub.
APA-nın verdiyi xəbərə görə, toqquşmalar əhalisinin əksəri şiə olan Əl-Avamiyə şəhərində olub. Polisin məlumatında deyilir ki, “iğtişaş salmaq istəyən dəstəni” dağıdandan sonra təhlükəsizlik qüvvələri avtomat silahdan atəşə tutulub. Məlumatda deyilir ki, yaraqlılar “başqa dövlət tərəfindən” idarə olunurlar və krallıqda qarışıqlıq törətmək niyyəti güdürlər.
Polisin bəyanatında bildirilir ki, ölkədə stabilliyi pozmağa cəhd edən qüvvələrə qarşı sərt tədbirlər görüləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR