Bank Of Baku

Urmiya gölünün səviyyəsi 28 sm aşağı düşüb

Urmiya gölünün səviyyəsi 28 sm aşağı düşüb
# 23 noyabr 2011 22:11 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Urmiya gölündə suyun səviyyəsi ötənilki dövrlə müqayisədə daha 28 sm aşağı düşüb. APA-nın məlumatına görə, bunu İranın Qərbi Azərbaycan vilayətinin Ekologiya və Ətraf Mühitin Mühafizəsi İdarəsinin müdiri Həsən Abbasnejad bildirib. Onun sözlərinə görə, Urmiya gölünün qurumasının qarşısının alınması üçün indiyədək heç bir addım atılmayıb.
Qeyd edək ki, Urmiya gölünün ümumi sahəsi 5960 kvadrat kilometr, orta dərinliyi 5 m, ən dərin yeri isə 16 metrdir. Əsas su mənbələri isə Nazlıçay, Acıçay, Sofuçay, Cığatıçay və Tətovuçay çaylarıdır. YUNESKO-nun təbii sərvətlər siyahısına daxil etdiyi gölün 102 adasında müxtəlif heyvanlar, o cümlədən 27 növ məməli heyvan, 41 növ sürünən, 7 növ suda-quruda yaşayan heyvan, 212 növ quş, suyun duzluluğuna dözə bilən 27 növ balıq yaşayır. Göldəki adaların birində məşhur sərkərdə Çingiz xanın nəvəsi Hülaku xanın qəbri yerləşir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR