Bank Of Baku

İranda tanınmış azərbaycanlı mühəndis zəmanətlə azadlığa buraxılıb

İranda tanınmış azərbaycanlı mühəndis zəmanətlə azadlığa buraxılıb
# 25 noyabr 2011 01:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Noyabrın 24-də İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın tanınmış fəallarından olan mühəndis Siyamək Mirzayi Meşkinşəhr (Xiyav) şəhərinin mərkəzi həbsxanasından zəmanətlə azadlığa buraxılıb. APA-nın məlumatına görə, azərbaycanlı fəal 20 min ABŞ dolları (20 milyon tümən) girov qoyaraq sərbəstliyinə qovuşub.
Qeyd edək ki, Parsabad (Muğan) İnqilab Məhkəməsi şəhər polis idarəsinin müraciətinə əsasən Siyamək Mirzayinin həbsinə dair order verib. Sentyabrın 12-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları azərbaycanlı fəalın ata evinə basqın ediblər. Onlar Siyamək Mirzayi evdə olmadığından onu həbs etməyə nail olmayıb və evdə axtarış aparıblar. Nəticədə azərbaycanlı fəala məxsus kompyuter, kitab və əlyazmalar müsadirə edilib. Noyabrın 21-də isə ETTELAAT əməkdaşları Siyamək Mirzayini günortadan sonra Muğandakı parkların birində həbsə alaraq naməlum istiqamətə aparıblar. Hazırda azərbaycanlı fəalın üzərində 5 illik həbs hökmü var. Siyamək Mirzayi hökmdən apelyasiya şikayəti verib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR