Bank Of Baku

Təbrizdə fəhlələr və təqaüdçülər aksiya keçirib

Təbrizdə fəhlələr və təqaüdçülər aksiya keçirib
# 26 noyabr 2011 16:10 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Təbriz şəhərində yürüş-mitinq keçirilib. APA-nın məlumatına görə, ölkədə “Əmək haqqında” qanunun qüvvəyə minməsinin ildönümü ilə bağlı düzənlənən aksiyada azərbaycanlı fəhlələr və təqaüdçülər “İşçilər oyaqdı, haqlarına dayaqdı! şüarını səsləndirib və İranın əmək naziri Abdulrza Şeyxulislamın istefasını tələb ediblər. Piket iştirakçıları qarşısında çıxış edən Şərqi Azərbaycan vilayətinin İşçilər Evi təşkilatının rəhbəri Kərim Sadiqzadə deyib ki, ölkədə gündən-günə inflyasiya artır: “Hər gün fəhlələrin və təqaüdçülərin sosial vəziyyəti daha da ağırlaşır, ölkədə işsizlərin sayı artır. Hökumət 2011-2012-ci illərdə 5 milyon 200 min yeni iş yerinin açılacağına söz versə də, bu vəd hələ yerinə yetirilməyib. Hətta hökumətin yanlış siyasəti nəticəsində bir çox iş yerləri özəlləşdirilib. Bu da işçilərin daha çox hüquq pozuntusu ilə üzləşməsinə səbəb olur”.
Sonda aksiya iştirakçıları qanunun dəyişdirilməsini tələb edərək bildiriblər ki, İran parlamentinin işçilərin razılığı olmadan “Əmək haqqında” qanuna əlavə və dəyişiklik etməyə haqqı yoxdur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR