Bank Of Baku

Yəməndə 2012-ci ilin fevralında prezident seçkiləri keçiriləcək

Yəməndə 2012-ci ilin fevralında prezident seçkiləri keçiriləcək
# 26 noyabr 2011 19:51 (UTC +04:00)
Bakı-APA. Yəməndə gələn ilin fevral ayının 21-də növbədən kənar prezident seçkiləri keçiriləcək.
APA-nın svobodanews.ru saytına istinadən verdiyi xəbərə görə, buna dair ölkənin vitse-prezidenti Abdrabuh Mənsur Hadi fərman imzalayıb. Xatırladaq ki, bağlanılan sazişə əsasən bu həftədən başlayaraq Yəmən prezidenti Əli Abdullah Salehin səlahiyyətlərini vitse-prezidenti Abdrabuh Mənsur Hadi icra edir.
Yəməndə prezident seçkiləri vaxtından bir il əvvəl keçiriləcək. Əli Abdullah Salehin istefası və prezident seçkilərin keçirilməsi Yəmən müxalifətinin əsas tələbləridir.
Yəməndə hökumət əleyhinə nümayişlər 2011 ilin əvvəlindən davam edir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR