Bank Of Baku

Pakistanın baş naziri: «ABŞ-la münasibətlər əvvəlki kimi olmayacaq»

Pakistanın baş naziri: «ABŞ-la münasibətlər əvvəlki kimi olmayacaq»
# 29 noyabr 2011 04:47 (UTC +04:00)
Bakı-APA. Pakistanın baş naziri Yusif Rza Gilani ABŞ-a «ölkələr arasındakı münasibətin indiki şəkildə davam edə bilməyəcəyi» barədə xəbərdarlıq edib. APA bu barədə CNN-ə istinadən məlumat verir.

Gilani qeyd edib ki, NATO qüvvələrinin Pakistan əsgərlərini qətlə yetirməsi, həmçinin ABŞ xüsusi xidmət orqanlarının Üsamə bin Ladeni Pakistan ərazisində yerli hakimiyyətin sanksiyası olmadan məhv etməsi ölkənin suverenliyinin pozulması deməkdir.

Baş nazirin sözlərinə görə, Pakistan Almaniyanın Bonn şəhərində keçiriləcək Əfqanıstana dair konfransı boykot edə bilər.

Xəbər verildiyi kimi, şənbə günü NATO helikopterləri Pakistan-Əfqanıstan sərhədinin yaxınlığındakı Pakistan hərbi məntəqəsinə zərbə endiriblər. Hücum nəticəsində Pakistan ordusunun 24 hərbçisi ölüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR