Bank Of Baku

İranın Sistan və Bəlucistan vilayətində axund həbs olunub

İranın Sistan və Bəlucistan vilayətində axund həbs olunub
# 28 noyabr 2011 23:17 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Sistan və Bəlucistan vilayətində Daralulum dini məktəbinin rəhbəri, axund Mövlana Hafiz Şahbexş həbs olunub. APA-nın məlumatına görə, axund ötən həftə tutulsa da, xəbər yeni yayılıb. Hazırda Mövlana Hafiz Şahbexşin harada saxlanıldığı və konkret nədə günahlandırıldığı barədə heç bir məlumat yoxdur.
Qeyd edək ki, İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları üç il öncə də bu şəxsi həbs etmək istəmişdilər, ancaq buna nail ola bilməmişdilər. Ötən il isə yerli əhalinin hökumətlə danışıqlarından sonra Mövlana Hafiz Şahbexş barəsində çıxarılmış axtarış qərarı ləğv edilmiş, axund hökumətin nəzarəti altında Sistan və Bəlucistan vilayətinin Zahidan şəhərində Daralulum adlı dini məktəb açaraq tədrisə başlamışdı.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR