Bank Of Baku

İraq Türkmən Cəbhəsinin sözçüsünə qarşı sui-qəsd cəhdi olub

İraq Türkmən Cəbhəsinin sözçüsünə qarşı sui-qəsd cəhdi olub
# 29 noyabr 2011 12:28 (UTC +04:00)
Bakı – APA. İraq Türkmən Cəbhəsinin sözçüsü Əli Mehdinin evinə terror hücumu olub. APA-nın Kərkük Xəbər Agentliyinə istinadən verdiyi məlumata görə, Ə. Mehdinin Bağdadın Tisin bölgəsindəki evinin önünə yerləşdirilən üç bomba ard arda partlayıb. Partlayış zamanı bir nəfər ölüb.

Hazırda İraqda olan millət vəkili Qənirə Paşayeva isə APA-ya bildirib ki, baş vermiş partlayışda 19 nəfər yaralanıb, Ə. Mehdinin evinin qonşuluğundakı binalar da partlayışdan zərər çəkib. Əli Mehdinin özü isə partlayışdan sağ qurtula bilib.

Bu gün Qənirə Paşayeva İraq Parlamentinin türk əsilli millət vəkili Jalə Yunus Neftçi və İraq Türkmən Cəbhəsinin rəhbərliyi ilə də görüşüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR