Bank Of Baku

Böyük Britaniyanın Tehrandakı səfirliyinin əməkdaşları İrandan təxliyyə edilir

Böyük Britaniyanın Tehrandakı səfirliyinin əməkdaşları İrandan təxliyyə edilir
# 30 noyabr 2011 09:34 (UTC +04:00)
APA-nın “France-Presse” agentliyinə istinadən verdiyi məlumata görə, bütün britaniyalı diplomatların bu gün Dubaya göndəriləcəyi gözlənilir. Təxliyyə əməliyyatı bəzi Avropa ölkələrinin Tehrandakı səfirlikləri və İran XİN-in əməkdaşlığı şəraitində həyata keçiriləcək.

Xatırladaq ki, noyabrın 29-da radikal iranlı tələbələr Tehrandakı Britaniya səfirliyi qarşısında etiraz aksiyası keçirib. Aksiya iştirakçıları səfirlik binasına soxularaq Britaniya bayrağını yandırıblar və yerinə İran bayrağı asıblar. Onların səfirliyin bəzi gizli sənədlərini oğurladıqları da bildirilir.

BMT Təhlükəsizlik Şurası faktı kəskin pisləyib. İran parlamentinin sədri Əli Laricani isə BMT TŞ-nin bu addımının tələskən olduğunu deyib. Onun fikrincə, BMT-nin məqsədi ABŞ və Britaniyanın bundan əvvəlki cinayətlərini ört-basdır etməkdir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR