Bank Of Baku

Rusiya Suriyaya raket kompleksləri satıb - FOTO

Rusiya Suriyaya raket kompleksləri satıb - <font color=red>FOTO</font>
# 01 dekabr 2011 16:46 (UTC +04:00)
Həcmi barədə məlumat verilməyən alqı-satqı müqaviləsi hələlik tam yerinə yetirilməyib: “Bu komplekslərdən istifadəni öyrənmək üçün Suriya personalına hələ bir müddət də təlim keçilməlidir”.

Suriya hər biri 36 qanadlı raketdən ibarət ən azı iki “Bastion” almaq niyyətindədir. Ekspertlərin fikrincə, bu, Suriyaya dəniz tərəfdən hücumun qarşısını tam almaq üçün kifayət edir. Müqavilənin dəyəri, qeyri-rəsmi məlumatlara görə, 300 mln. dollar təşkil edir.hər 2,5 saniyədən bir raket buraxmaq qabiliyyətinə malik “Bastion” kompleksi 600 km uzunluğu olan sahili mühafizə etmək gücündədir.

Qeyd edək ki, bu ilin mart ayında Suriyanın Deraa şəhərində başlayan kütləvi aksiyalar daha sonra digər bölgələrə yayılıb və hökumətə qarşı ümummilli hərəkata çevrilib. Müxalifət ölkə rəhbəri Bəşər Əsədin istefasını və siyasi islahatlar aparılmasını tələb edir. Baş verən toqquşmalarda indiyədək 3500 nəfərdən artıq adam həlak olub. Xalq etirazları fonunda ABŞ, Türkiyə, Avropa İttifaqı və Ərəb Dövlətləri Liqası Suriyaya qarşı sanksiyalar tətbiq edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR