Bank Of Baku

25 ölkənin səfiri Böyük Britaniyanın İrandakı diplomatik korpusuna baş çəkiblər

25 ölkənin səfiri Böyük Britaniyanın İrandakı diplomatik korpusuna baş çəkiblər
# 01 dekabr 2011 21:20 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Dekabrın 1-də 25 ölkənin İrandakı səfiri Böyük Britaniyanın bu ölkədəki diplomatik korpusuna gedərək baş verən hadisələr ilə yaxından maraqlanıblar. APA-nın məlumatına görə, Kanada, Meksika, Türkiyə, İsveçrə, Polşa, Macarıstan, Finlandiya, Bolqarıstan, Yunanıstan, Çexiya və s. ölkələrin səfirlərinin bu addımı Tehran vilayətinin valisi Mürtəza Təməddünün etirazına səbəb olub. O bu hadisə ilə bağlı İran Xarici İşlər Nazirliyinə yazılı hesabat göndərib. Səfirlər diplomatik korpusun vəziyyəti ilə bağlı məlumat verib. Onlar bildiriblər ki, səfirliyin binasının böyük bir hissəsi dağıdılıb, bütün sənədlər bayıra atılıb. Diplomatik korpusu pis vəziyyətdə görən səfirlər bundan məyus olduqlarını açıqlayıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR