Bank Of Baku

İranın Buşəhr vilayətində qadınların işə götürülməsinə qadağa qoyulub

İranın Buşəhr vilayətində qadınların işə götürülməsinə qadağa qoyulub
# 04 dekabr 2011 00:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın Buşəhr vilayətində dövlət orqanları və özəl müəssisələrin rəhbərlərinin özlərinə qadın katibə işə götürmələrinə qadağa qoyulub. APA-nın məlumatına görə, bunu qərarın qəbul olunması barədə Buşəhr vilayətinin valisi Məhəmməd Hüseyn Cahanbəxş bildirib. Onun sözlərinə görə, “hicabsızlıq ictimaiyyətdə baş alıb gedir və bu da dövlət orqanları və özəl müəssisələrin rəhbərlərinin günahıdır”. Vilayət valisinin fikrincə, müəssisə rəhbərləri bu məsələ ilə bağlı lazımi tədbirlər görmürlər. Eyni zamanda Məhəmməd Hüseyn Cahanbəxş qadağaya əməl etməyən şəxslərə qarşı ciddi ölçü götürüləcəyini də deyib. Bundan əlavə, Buşəhr valisinin müavini Məhəmməd Rizvani bütün dövlət orqanları və özəl müəssisələrində hər kəsin eyni rəngdə paltar geyməsinin zəruri olduğunu vurğulayıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR