Bank Of Baku

İran həbsxanalarında QİÇS sürətlə yayılır

İran həbsxanalarında QİÇS sürətlə yayılır
# 05 dekabr 2011 07:20 (UTC +04:00)
Bakı. Könül Cəfərli - APA. İranın Həbsxanalar Təşkilatının rəhbəri Qulamhüseyn İsmaili ölkə həbsxanalarında İİV/QİÇS virusunun tüğyan etdiyini açıqlayıb. APA-nın məlumatına görə, Qulamhüseyn İsmaili deyib ki, bununla bağlı 9 həbsxanada araşdırma aparılıb, məhbusların 57 faizi həbs edilməmişdən əvvəl narkoman olduqlarını bildiriblər: “Hazırda həbsxanaların birində məhbusların 75 faizi narkomandır. Son zamanlar həbsxanalarda İİV/QİÇS virusu geniş yayılıb. Onların bir çoxu narkotikadan istifadə edərkən inyeksiya yolu ilə bu virusa yoluxublar. Həbsxanalarda həkimlərin sayının az olması isə bu virusun qarşısının alınmasını çətinləşdirib”.

İranın Həbsxanalar Təşkilatının rəhbəri bildirib ki, həmin insanlar azadlığa çıxdıqdan sonra cəmiyyət üçün təhlükə olacaqlar.

Qeyd edək ki, İranın Həbsxanalar Təşkilatının rəsmi statistikasına əsasən bu ölkədə 252 zindanda 198 min məhbus saxlanılır. Onlardan 3 min nəfəri İİV/QİÇS virusuna yoluxub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR