Bank Of Baku

İranda həbsdə olan azərbaycanlı jurnalist girov müqabilində azadlığa buraxılıb

İranda həbsdə olan azərbaycanlı jurnalist girov müqabilində azadlığa buraxılıb
# 05 dekabr 2011 07:32 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranda tanınmış azərbaycanlı jurnalist və hüquq müdafiəçisi Davud Xudakərəmi 16 gün təkadamlıq kamerada saxlanıldıqdan sonra azadlığa buraxılıb. APA-nın məlumatına görə, azərbaycanlı jurnalist 35 min ABŞ dolları girov müqabilində azadlığa çıxıb. Zəncan İnqilab Məhkəməsi Davud Xudakərəmini İrandakı mövcud quruluşun əleyhinə təbliğat aparmaqda və rejimə müxalif qruplarla əməkdaşlıqda günahlandırıb. Yaxın aylarda azərbaycanlı jurnalistin məhkəmə prosesi keçiriləcək. Qeyd edək ki, Davud Xudakərəmi noyabrın 18-də Zəncan avtovağzalında Azərbaycan və fars dillərində çıxan “Bayram” aylıq jurnalının növbəti sayını digər şəhərlərə göndərmək istəyərkən İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR