Bank Of Baku

Əli Əkbər Salehi: “İran Böyük Britaniyadan üzr istəməyəcək”

Əli Əkbər Salehi: “İran Böyük Britaniyadan üzr istəməyəcək”
# 06 dekabr 2011 11:47 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İran Böyük Britaniyanın Tehrandakı səfirliyinə hücuma görə bu ölkədən üzr istəməyəcəyik. APA-nın məlumatına görə, bu barədə İranın xarici işlər naziri Əli Əkbər Salehi “Frankfurter Algemayen” qəzetinə müsahibəsində bildirib. Almaniyanın Bonn şəhərində keçirilən Əfqanıstanla bağlı konfransda iştirak edən nazir bu məsələdə Böyük Britaniyanı təqsirləndirib: “Bu hadisə həmin ölkənin İrana qarşı yürütdüyü siyasətinin nəticəsidir ki, millətin əsəbləşməsinə səbəb olub. Səfirliyə hücum millətin Böyük Britaniya siyasətinə etiraz reaksiyası idi”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR