Bank Of Baku

Misirdə parlament seçkilərinin ilk mərhələsində “Müsəlman Qardaşları” qalib gəlib

Misirdə parlament seçkilərinin ilk mərhələsində “Müsəlman Qardaşları” qalib gəlib
# 06 dekabr 2011 12:30 (UTC +04:00)
Bakı. Azər Mustafayev – APA. Misirdə keçirilən parlament seçkilərinin ilkin mərhələsinin nəticələri açıqlanıb. APA-nın Türkiyə KİV-nə istinadən verdiyi məlumata görə, Misir Ali Seçki Komissiyası 30 illik Mübarək rejiminin ardından 28 noyabrda birinci mərhələsi keçirilən ilk azad və demokratik seçkilərdə partiyaların aldığı səs faizlərini açıqlayıb.

Rəsmi nəticələrə əsasən “Müsəlman Qardaşları” təşkilatının qurduğu Azadlıq və Ədalət Partiyası liderliyindəki “Demokratik İttifaq” səslərin 36,6%-ni alaraq birinci, Sələfilərin Nur Partiyası 24,4%-lə ikinci, xristian iş adamı Nəcib Savirisin Liberal Partiyasının nüvəsini təşkil etdiyi “Misir İttifaqı” 13,4% səslə üçüncü, liberal meylli Vəfd Partiyası 7,1% səslə dördüncü, “Müsəlman Qardaşları” təşkilatından ayrılan qrupun qurduğu Vasat Partiyası isə 4,3% səslə beşinci yeri tutub.

Misirdə Xalq Məclisi 508 kürsüdən ibarətdir. Seçki sisteminə görə 498 üzv seçkilər yolu ilə, 10 üzv isə iqtidardakı Ali Hərbi Şuranın vasitəsilə Xalq Məclisinə təyin olunur. Yeni seçki sisteminə əsasən Xalq Məclisinin üçdə biri müstəqil namizədlərə ayrılan kvota ilə dolur.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR