Bank Of Baku

Əfqanıstanda mikroavtobus minaya düşüb, 19 nəfər ölüb

Əfqanıstanda mikroavtobus minaya düşüb, 19 nəfər ölüb
# 07 dekabr 2011 12:25 (UTC +04:00)
Bakı-APA. Əfqanıstanın cənubunda mikroavtobusun fuqas bombasına toxunması nəticəsində baş verən partlayışda ən azı 19 nəfər ölüb. APA-nın məlumatına görə, fuqas bombanı yol kənarına taliblər yerləşdirib. Ölənlərdən beşi azyaşlı uşaqdır. Hadisə zamanı daha beş nəfər isə yaralanıb.

Qeyd edək ki, dünən Əfqanıstanın şiə məscidlərindən birində Aşura mərasimi zamanı kamikadzenin üzərindəki bombanı partlatması nəticəsində ən azı 48 nəfər ölüb. Məzariş-Şərifdə isə velosipedə birləşdirilmiş bomba Aşura mərasimi keçirilən məscidin yanında partladılıb. Ümumilikdə hər iki terror aktında ölənlərin sayı 150 nəfəri keçib.

“Taliban” hərəkatı dünən baş verən partlayışlarla əlaqəsi olmadığını bəyan edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR