Bank Of Baku

İranın “Səhər” telekanalında terror üçün yeni hədəf göstərilib

İranın “Səhər” telekanalında terror üçün yeni hədəf göstərilib
# 11 dekabr 2011 01:12 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranın “Səhər” kanalında Azərbaycanın hökumət nümayəndələrinə terror edilməsi ilə bağlı çağırış səsləndirilib. APA-nın məlumatına görə, bu telekanalda çıxış edən “Ənsari-Hizbullah” təşkilatının Təbriz bölməsinin rəhbəri, axund Ruhullah Becani belə bir çağırış səsləndirib: “Rafiq Tağının qətli sionizmin işidir. Əgər möminlər Rafiq Tağının fətvasını icra etmək istəsəydilər, bunu əvvəl də edərdilər”.

“Şiəni yaşadan Aşura mədəniyyətidir” deyən Ruhullah Becani Azərbaycan hökumətinin bu mərasimdən çəkindiyini iddia edib.

“Azərbaycanda şiəliyi qoruyub saxlamağa çalışan möminlər var. Azərbaycan İslam Respublikasını qurmaq istəyənlər mütləq qələbə qazanacaqlar”-deyə, axund çıxışnda söyləyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR