Bank Of Baku

İran XİN xarici ölkələrə yollanan vətəndaşları Qərb kəşfiyyatının tələsinə düşməmək üçün ayıq-sayıq olmağa səsləyib

İran XİN xarici ölkələrə yollanan vətəndaşları Qərb kəşfiyyatının tələsinə düşməmək üçün ayıq-sayıq olmağa səsləyib
# 12 dekabr 2011 08:18 (UTC +04:00)
Bakı. Habil Süleymanzadə - APA. İran Xarici İşlər Nazirliyi xarici ölkələrə yollanan ölkə vətəndaşlarına müraciət edərək onların Qərb kəşfiyyat orqanlarının tələsinə düşməmək üçün ayıq-sayıq olmağa səsləyib. APA-nın “Mehr” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, XİN-in açıqlamasında xaricə səfər edən İran vətəndaşlarına “əcnəbidən gələn maliyyə, iş, ticarət, yaşayış hüququ, vətəndaşlıq və digər şirnikləndirici təklifləri rədd etmək” tövsiyyə olunur.

İran XİN bütün yaranan şübhə və suallarla əlaqədar dərhal İranın xaricdəki səfirlik və konsulluqlarına müraciət etməyi məsləhət bilib. Nazirlik bəyan edib ki, son zamanlar Qərb xüsusi xdmətləri İrana qarşı təxribat əməliyyatlarını xeyli artırıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR