Bank Of Baku

İran ABŞ-ın pilotsuz təyyarəsini Rusiyanın mobil döyüş stansiyası vasitəsilə ələ keçirib

İran ABŞ-ın pilotsuz təyyarəsini Rusiyanın mobil döyüş stansiyası vasitəsilə ələ keçirib
# 12 dekabr 2011 11:02 (UTC +04:00)
APA-nın məlumatına görə, bu barədə Rusiyanın “Vzqlyad” qəzeti yazıb. Qəzetin verdiyi məlumata görə, bu mobil döyüş stansiyası yaydığı siqnallar sayəsində düşmənin uzaqdan idarə olunan casus təyyarələrinin kompleks şifrəsini çözərək onların idarəsini ələ keçirə bilir. “Vzqlyad” artıq Rusiya və Çinin İranın əlindəki ABŞ-ın “RQ-170” pilotsuz təyyarəsini araşdırmaq istəyində olduğunu da yazıb.

Qeyd edək ki, ABŞ yetkililəri əllərindəki kəşfiyyat məlumatlarına əsaslanaraq İranın “RQ-170” pilotsuz təyyarəsini vurularaq, yaxud kibertexnoloji qurğulardan istifadə edərək yerə endirdiyini inkar edir. Hətta bəzi ABŞ mütəxəssisləri nümayiş etdirilən pilotsuz təyyarənin İranın özü tərəfindən hazırlandığını, ancaq heç bir işə yaramayan qurğu olduğunu bildirir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR