Bank Of Baku

İranın ali dini lideri Əli Xamneyinin oğlu Müctəba Xamneyi atasına sui-qəsd hazırladığına görə həbs olunub

İranın ali dini lideri Əli Xamneyinin oğlu Müctəba Xamneyi atasına sui-qəsd hazırladığına görə həbs olunub
# 14 dekabr 2011 13:34 (UTC +04:00)
APA-nın “Al-Arabia” kanalına istinadən yaydığı məlumata görə, həbs olunan şəxslər İranın ali dini lideri ayətulla Əli Xamneyiyə qarşı sui-qəsd planlaşdırmaqda günahlandırılırlar. Həbs olunanlar arasında Əli Xamneyinin oğlu Müctəba Xamneyi də var.

Telekanalın məlumatına görə, adları açıqlanmayan həbs olunan şəxslər noyabrın 12-də Əli Xamneyini Tehran yaxınlığındakı hərbi bazaya dəvət ediblər. Həmin gün bazada güclü partlayış baş verib, nəticədə 17 nəfər, o cümlədən ölkənin raket proqramına cavabdeh olan general Həsən Müqəddəm dünyasını dəyişib.

Müctəba Xamneyi ictimai şəxs olmasa da, atasının son illər ciddi siyasi mübarizə apardığı hazırkı prezidenti Mahmud Əhmədinejadın ən sadiq tərəfdarlarından hesab olunur.

Xatırladaq ki, dünən İranda ABŞ və İsrail lehinə casusluqda ittiham olunan 15 nəfərin həbs olunduğu barədə məlumat yayılıb. Həbs olunan şəxslərin adları və tutduğu vəzifələr açıqlanmır.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR