Bank Of Baku

İran ABŞ-ın iki səlahiyyətli şəxsindən İnterpola şikayət edib

İran ABŞ-ın iki səlahiyyətli şəxsindən İnterpola şikayət edib
# 15 dekabr 2011 22:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İran ABŞ-ın iki səlahiyyətli şəxsindən İnterpola şikayət edib. APA-nın məlumatına görə, bunlar ABŞ Silahlı Qüvvələrinin Quru Qoşunlarının sabiq komandiri, təqaüddə olan general Cek Keyn və ABŞ hökumətinin və Konqresinin baş məsləhətçilərindən biri olan Reyl Mark Qerextdir. Tehran iddia edir ki, onlar bu il oktyabrın 26-da ABŞ Nümayəndələr Palatasının milli təhlükəsizlik komitəsində İranla bağlı keçirilən rəsmi dinləmələr zamanı açıq şəkildə İranın bəzi səlahiyyətli şəxslərinin qətlə yetirilməsinə çağırış ediblər. Həmin şəxslər əsasən İran İslam İnqilabı Keşikçiləri Korpusunun (“Sepah”) Qüds qanadının rəhbəri, general Qasım Süleymaninin öldürülməsini məqsədəuyğun sayıblar. İran da İnterpola müraciətində bu iki şəxs barəsində lazımi ölçü götürülməsini tələb edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR