Bank Of Baku

İranda keşiş 6 il müddətinə azadlıqdan məhrum edilib

İranda keşiş 6 il müddətinə azadlıqdan məhrum edilib
# 16 dekabr 2011 00:21 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda məhkəmə keşiş Əlirza Seyidiyan 6 il müddətinə azadlıqdan məhrum edilməsi barədə hökm çıxarıb. APA-nın məlumatına görə, keşiş ölkədəki mövcud quruluşun əleyhinə təbliğat aparmaqda və milli təhlükəsizliyə qarşı fəaliyyət göstərməkdə ittiham olunub. Əlirza Seyidiyanın vəkili Məhəmmədəli Dadxah deyib ki, keşişin Türkiyədə dini ayin yerinə yetirməsi İrandakı mövcud quruluşun əleyhinə təbliğat aparılması kimi dəyərləndirilib.
Qeyd edək ki, Əlirza Seyidiyan 6 il əvvəl xristianlığı qəbul edib. Əvvəllər də həbs olunan keşiş 2010-cu ildə 50 min ABŞ dolları məbləğində zəmanətlə müvəqqəti azadlığa çıxıb. Əgər Əlirza Seyidiyan 20 gün müddətində apelyasiya şikayəti verməsə, hökm icra olunacaq.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR