Bank Of Baku

Şimali Koreya uranın zənginləşdirilməsi proqramından imtina edib

Şimali Koreya uranın zənginləşdirilməsi proqramından imtina edib
# 17 dekabr 2011 11:02 (UTC +04:00)
Bakı - APA. Şimali Koreya hərbi məqsədlər üçün uranın zənginləşdirilməsi proqramının dayandırılmasına razılıq verib. APA-nın məlumatına görə, bu, nüvə silahsızlaşdırılmasına dair danışıqların davam etdirilməsi üçün ABŞ-ın əsas tələbidir.

Proqramın dayandırılması əvəzində ABŞ Koreyaya humanitar yardım şəklində 240 min ton ərzaq təqdim etməyə razılıq verib.

Qeyd edək ki, Şimali Koreyada insan hüquqları üzrə ABŞ səfiri Robert Kinq dekabrın 15-16-da Koreyanın XİN-in əməkdaşı Ri Kunla aparılmış danışıqları konstruktiv adlandırıb.

Xatırladaq ki, Şimali Koreya 2009-cu ildə nüvə silahsızlaşdırılmasına dair danışıqlardan çıxıb və bundan sonra ölkədə ikinci nüvə sınaqları keçirilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR