Bank Of Baku

İranda iki qəzet bağlanıb

İranda iki qəzet bağlanıb
# 17 dekabr 2011 17:06 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda iki mətbu orqanının nəşrinə qadağa qoyulub. APA-nın məlumatına görə, bu, ayda bir dəfə Tehran şəhərində nəşr olunan «Çeşmendaz» («Panorama») və ölkənin Loristan əyalətində çıxan «Seyməre» həftəlik qəzetləridir.

«Seyməre» qəzeti 18 sentyabr buraxılışında dərc etdirdiyi «Yalnız diktatorlar və eşşəklər heç bir səhv etmirlər» başlıqlı yumoristik məqaləsinə görə İslam dinini təhqir etməkdə ittiham olunaraq qapadılıb.

Bununla yanaşı, «Çeşmendaz» qəzetinin baş redaktoru Lütfullah Meysəminin jurnalist fəaliyyətinə də Tehran İnqilab Məhkəməsi tərəfindən 5 il qadağa qoyulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR