Bank Of Baku

İran növbəti ABŞ casusunun həbs olunduğunu elan edib

İran növbəti ABŞ casusunun həbs olunduğunu elan edib
# 17 dekabr 2011 22:28 (UTC +04:00)
Bakı-APA. İranın kəşfiyyat və təhlükəsizlik nazirliyi ABŞ-ın Mərkəzi Kəşfiyyat İdarəsinin (CIA) casusunun həbs olunması barədə məlumat yayıb.
APA-nın CNN telekanalına istinadən verdiyi xəbərə görə, İran nazirliyi bildirib ki, həbs olunan şəxs əvvəllər ABŞ-ın İraqda və Əfqanıstanda yerləşdiyi hərbi hissələrində qulluq edib.
ABŞ hökuməti bu xəbəri hələ ki, şərh etməyib.
Son aylar İran ABŞ və İsrailin casus şəbəkəsinin ifşa olunması barədə bir necə dəfə xəbər yayıb. Lakin bunun detalları bərədə heç bir açıqlama verməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR