Bank Of Baku

İranda 3 nəfər edam olunub

İranda 3 nəfər edam olunub
# 18 dekabr 2011 01:22 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Dekabrın 17-də İranın Ərak şəhərində 3 nəfər edam edilib. APA-nın məlumatına görə, adları açıqlanmayan məhbuslar narkotik maddələrin alqı-satqısı və daşınmasında təqsirləndirililərək edam cəzasına məhkum ediliblər. 830 qram narkotik maddə ilə tutulan şəxsə Delican İnqilab Məhkəməsində, 5 kiloqram və 67 qram narkotik maddələrin daşınmasında ittiham olunan digər iki nəfərə isə Ərak İnqilab Məhkəməsində hökm çıxarılıb. Hər üç şəxs barəsində çıxarılan qərar İranın baş prokuroru və Ali Məhkəməsi tərəfindən təsdiqlənəndən sonra Ərak şəhərinin mərkəzi zindanında dar ağacından asılıblar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR