Bank Of Baku

“Sərhədsiz Reportyorlar” İranla bağlı bəyanat yayıb

“Sərhədsiz Reportyorlar” İranla bağlı bəyanat yayıb
# 18 dekabr 2011 02:45 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Mərkəzi qərargahı Fransanın paytaxtı Parisdə yerləşən “Sərhədsiz Reportyorlar” ( Reporters sans frontières) jurnalist hüquqlarını beynəlxalq müdafiəsi təşkilatı İranla bağlı bəyanat yayıb. APA-nın məlumatına görə, sənəddə bildirilir ki, bu ölkədə mətbuat orqanları və jurnalistlər zorakılığa məruz qalır. Təşkilat bəyanatında İranda jurnalistlərin həbs edilməsində və işgəncələrə məruz qalmasında yerli hakimiyyəti günahlandırıb və bunu mediaya qarşı qəbul olunmaz münasibət kimi dəyərləndirib. Bəyanatda həmçinin hazırda Tehrandakı Evin zindanında həbsdə olan azərbaycanlı blogger Hüseyn Rövnəqi Malikinin işgəncəyə məruz qaldığı və bunda İranın Ali Məhkəməsinin sədri, ayətullah Sadiq Amoli Laricani, İranın informasiya, təhlükəsizlik və kəşfiyyat (“ETTELAAT) naziri Heydər Moslehi və Tehranın baş prokuroru Abbas Cəfəri Dövlətabadinin məsuliyyət daşıdığı qeyd olunub. Bundan əlavə, sənəddə İranda nəşri dayandırılan “Çeşmendaz” qəzetinin baş redaktoru Lütfullah Meysəminin jurnalist fəaliyyətinə 5 il qadağa qoyulması, jurnalist Fərşad Qurbani və blogger Rojin Məhəmmədinin tutulması, Loristan əyalətində çıxan “Seyməre” həftəlik qəzetinin bağlanması pislənilib. Bəyanatın sonunda İran hökumətindən mətbu orqanlara və jurnalistlərə qarşı təzyiqlərin dayandırılması tələb edilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR