Bank Of Baku

İranda həbs edilən ABŞ casusunun etirafedici müsahibəsi yayımlanıb

İranda həbs edilən ABŞ casusunun etirafedici müsahibəsi yayımlanıb
# 19 dekabr 2011 06:59 (UTC +04:00)
APA-nın məlumatına görə, müsahibədə ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin və MOSSAD-ın agenti kimi təqdim olunan İran əsilli ABŞ vətəndaşının Arizona ştatında doğulduğu, 30 yaşı olduğu ilə bağlı məlumat verilib.

Müsahibədə Əmir Mirzəyi Hikməti İrana casusluq məqsədilə xüsusi hazırlıq keçdiyini, bu ölkəyə gəlməzdən əvvəl 2 il analitik kəşfiyyatda çalışdığını bildirib: “Bura göndərilməzdən əvvəl İranda ABŞ-a simpatiyası olan siyasətçiləri müəyyənləşdirmək üçün analitik kəşfiyyatda çalışdım. İrana gəlib bu ölkənin İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAAT) pulsuz informasiyalar verərək diqqəti cəlb etməli və nazirliyin etibarını qazanmalı idim”.

ABŞ-ın İraq və Əfqanıstandakı hərbi bazasında xidmət etdiyini etiraf edən Əmir Mirzəyi Hikməti kəşfiyyata cəlb edilməsi haqqında da danışıb: “Biləndə ki, fars, bir az da ərəb dillərini bilirəm, mənə əməkdaşlıq təklif etdilər. Dedilər ki, universitetdə ərəb dilini öyrənsən və hazırlıq keçsən, sənə xüsusi tapşırıqlar verəcəyik”.

Qeyd edək ki, müsahibədə Əmir Mirzəyi Hikmətinin ingilis dilində yazılmış şəxsiyyət vəsiqəsi, ABŞ zabiti ilə hərbi geyimdə fotosu da nümayiş olunub. Onun orta məktəbi bitirəndən sonra 2001-ci ildə ABŞ Silahlı Qüvvələrində xidmətə çağırılması ilə bağlı da məlumat verilib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR