Bank Of Baku

Cənubi Koreya ordusunda yüksək səviyyəli hazırlıq vəziyyəti elan edilib

Cənubi Koreya ordusunda yüksək səviyyəli hazırlıq vəziyyəti elan edilib
# 19 dekabr 2011 07:37 (UTC +04:00)
Bakı-APA. Cənubi Koreya hökuməti orduda yüksək səviyyəli hazırlıq vəziyyəti elan edib. APA-nın məlumatına görə, bu qərar Şimali Koreya lideri Kim Çen İrin ölümü barədə məlumat açıqlandıqdan sonra verilib. Hazırda iki ölkənin sərhədində vəziyyətin monitorinqi gücləndirilib. Hələlik sərhəddə aktivlik nəzərə çarpmır. Bu gün yaranmış vəziyyətlə əlaqədar Cənubi Koreya hökumətinin fövqəladə toplantısı keçiriləcək. Qeyd edək ki, Şimali Koreya telekanalları Kim Çen İrin ölümü barədə xəbəri bu gün yayıb. 69 yaşlı diktator ürək tutması nəticəsində vəfat edib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR