Bank Of Baku

İranlı general: “ABŞ İrana yenə pilotsuz təyyarə göndərsə, vuracağıq”

İranlı general: “ABŞ İrana yenə pilotsuz təyyarə göndərsə, vuracağıq”
# 19 dekabr 2011 13:33 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “İran Silahlı Qüvvələri 8 illik müharibə təcrübəsinə malikdir və düşmənə qarşı hər cür müqavimət göstərməyə gücü var”. APA-nın məlumatına görə, bu barədə İranın ali dini liderinin təhlükəsizlik idarəsinin rəisi, general Seyid Hesah Haşimi bildirib. Ordunun hərbi universitetində keçirilən mərasimdə çıxış edən general yaxın günlərdə həbs edilən ABŞ Mərkəzi Kəşfiyyat İdarəsinin casusu haqqında da danışıb: “Təhlükəsizlik gücümüzü ötən gün ABŞ casusunun İran televiziyalarında yayımlanan müsahibəsində gördünüz”. Jurnalistlərdən birinin “əgər ABŞ yenə pilotsuz casus təyyarəsi göndərsə, İranın reaksiyası necə olacaq” sualını cavablandıran Seyid Hesah Haşimi bildirib ki, ölkə ərazisinə başqa pilotsuz təyyarələr göndərilərsə, onları ya vuracağıq və ya yerə endiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR