Bank Of Baku

Təbriz məhkəməsi azərbaycanlı fəalı azadlıqdan məhrum edib

Təbriz məhkəməsi azərbaycanlı fəalı azadlıqdan məhrum edib
# 21 dekabr 2011 16:57 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda azərbaycanlıların hüquqları uğrunda hərəkatın fəallarından Allahverdi Qurbani azadlıqdan məhrum edilib. APA-nın məlumatına görə, məhkəmə prosesi dekabrın 17-də keçirilsə də, xəbər yeni yayılıb.

Azərbaycanlı fəal 2011-ci il sentyabrın 19-da Urmiya gölü ilə bağlı keçirilmiş aksiyalara qatıldığı üçün İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub. Allahverdi Qurbani iki gün ETTELAAT-ın Təbriz şöbəsinin təkadamlıq kamerasında, 7 gün isə Təbriz zindanında saxlanıldıqdan sonra 10 min ABŞ dolları məbləğində zəmanətlə müvəqqəti azadlığa buraxılıb. Dekabrın 17-də azərbaycanlı fəalın işinə baxan Təbriz İnqilab Məhkəməsi onu 91 gün həbsə məhkum edib və 30 şallaq zərbəsi vurulmasına dair qərar çıxarıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR