Bank Of Baku

İran prezidenti parlamentdə dindirilə bilər

İran prezidenti parlamentdə dindirilə bilər
# 22 dekabr 2011 14:03 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda bir qrup deputat prezident Mahmud Əhmədinejadın parlamentdə dindirilməsi üçün imza toplayıb. APA-nın məlumatına görə, parlamentin Rəyasət Heyətinə təqdim olunan müraciətin müəllifi Əhmədinejad hökumətinin qatı müxalifi, mühafizəkar deputat Əli Mütəhərridir. Müraciətdə prezidentdən aşağıdakı suallara cavab verməsi tələb edilir:

- Ali dini rəhbər, ayətullah Seyid Əli Xamneyinin əmrinə 11 gün müqavimət göstərməsi. (İnformasiya, təhlükəsizlik və kəşfiyyat naziri (ETTELAAT) Heydər Moslehinin vəzifəsində qalıb-qalmaması məsələsi nəzərdə tutulur);

- Sabiq xarici işlər naziri Manuçöhr Möttəkini alçaldıcı şəkildə vəzifəsindən azad etməsi;

- Parlamentlə hökumət arasında səlahiyyət müqayisəsi aparması və məclisi hökumətdən aşağı sayması;

- Gənclər və idman naziri vəzifəsinə irəli sürdüyü namizədi parlamentə gec təqdim etməsi;

- Parlamentin qəbul etdiyi dövlət büdcəsindən Tehran metropoliteninə və başqa böyük şəhərlərdə metro stansiyalarının inşaatına vəsait ayırmaması;

- Ölkənin iqtisadi inkişaf göstəricisinin aşağı düşməsi;

- 1 milyard 500 milyon dollarlıq vəsaitin mədəniyyət işlərinə necə xərclənməsi;

- Yanacağa görə verilən subsidiyaların qaldırılması və s.

Xatırladaq ki, bu il iyunun 26-da İran parlamentinin 100 deputatı prezident Mahmud Əhmədinejadın impiçment yolu ilə vəzifəsindən kənarlaşdırılması üçün parlamentin Rəyasət Heyətinə müraciət edib. Həmin müraciət də Əli Mütəhhərinin təşəbbüsü ilə hazırlanıb. Ancaq iyunun 27-də parlamentin Rəyasət Heyəti impiçmenti məqsədəuyğun saymayıb. Əli Mütəhhəri də buna etiraz olaraq oktyabrın 12-də mandatından imtina edib. Lakin noyabrın 2-də İran parlamenti onun istefasını qəbul etməyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR