İranla Səudiyyə Ərəbistanı və Bəhreyn arasında münasibətlər gərginləşir
APA-nın məlumatına görə, İranda rəsmi mitinqləri təşkil edən İslam təbliğatı koordinasiya şurası yaydığı bəyanatla iranlıları cümə namazından sonra aksiyalar keçirərək Bəhreyni Səudiyyə Ərəbistanına birləşdirmək üçün hazırlanmış amerikan planına etiraz etmək və Əl Xəlifə və Əl Səud hakimiyyətlərinin ABŞ-a tabeçiliklərinə qarşı qəzəblərini ifadə etməyə çağırıb. Bəyanatda deyilir: “Bu təhlükəli sui-qəsd - ittifaqın qurulması xalq inqilablarının yayılmasının qarşısını almaq məqsədi daşıyır və Ali Xəlifə hakimiyyətinin həll etməkdə aciz olduğu Bəhreyn böhranına hökmranlıq etmək üçün qurulmuş məşum və faciəli sionist-Britaniya-ABŞ üçlüyü tərəfindən meydana atılıb. Əl Səud və Əl Xəlifə ailələri bilməlidirlər ki, onlar bu cür sui-qəsdlərlə Bəhreyndə etiraz hərəkatının və bölgədə islami oyanışın qarşısını ala bilməyəcəklər”.
Qeyd edək ki, bazar ertəsi Ər-Riyadda keçirilmiş məşvərət zirvəsində Körfəz Əməkdaşlıq Şurası ölkələri rəhbərləri Körfəz İttifaqının yaradılması üzrə təkliflərin, xüsusən də bölgənin qarşılaşdığı təhlükələr fonunda Səudiyyə Ərəbistanı ilə Bəhreyn arasında ittifaqın təşkil olunmasına dair məsələlərin öyrənilməsinin tamamlanmasını və nəticələrin Səudiyyə paytaxtında fövqəladə zirvədə müzakirə edilməsini tövsiyə edib. Zirvənin vaxtı hələlik dəqiqləşdirilməyib.
“Körfəz İttifaqı” layihəsi qonşu ərəb ölkələrinin İranı onların daxili işlərinə qarışmaqla ittiham etməsindən sonra meydana çıxıb. İran layihəni tənqid edib, bunun Bəhreyndəki böhranı daha da dərinləşdirəcəyini bildirib. Ər-Riyad və Manama isə İrandan onların daxili işlərinə qarışmamağı tələb edir.
Xatırladaq ki, İran Bəhreyndə şiələrin rəhbərlik etdiyi müxalifəti və ittifaq layihəsinə etiraz edənləri dəstəkləyir. Tehran 2011-ci ilin mart ayında etiraz aksiyalarının qarşısını almaq üçün Səudiyyə hərbçilərinin Bəhreynə gəlməsini də sərt tənqid etmişdi. Digər tərəfdən, Bəhreyn problemi İran üçün çox həssas məsələdir, çünki İslam Respublikasındakı mühafizəkar qüvvələr hələ də Bəhreyni İranın vilayəti hesab edirlər.
İranda nəşr olunan “Keyhan” qəzetinin müdiri Hüseyn Şəriət Mədari çərşənbə günü verdiyi açıqlamada bildirib ki, “ölkənin torpaqlarının bütövlüyünü qoruyan İslam Respublikasının haqqıdır ki, İslam ümmətindən ayrılmış vilayətini yenidən geri qaytarsın”. O, əlavə edib ki, bəhreynlilər də özlərini iranlı hesab edirlər və İranın tabeliyinə qayıtmağı arzulayırlar.
Asiya
Cənubi Koreya İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayır
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
AEBA rəhbəri: İranın nüvə proqramı üçün ciddi nəzarət mexanizminə ehtiyac var
İran Hörmüzdə müəyyən edilmiş marşrutlardan kənara çıxan gəmilərə təhlükəsizlik zəmanəti verməyəcək
Xəbər Lenti
Müdafiə naziri yeni generallara rütbələrini təqdim edib - FOTO
Ceyhun Sultanov “Araz-Naxçıvan”ın prezidenti təyin edilib
Baş katib: Ermənistanın MDB-dən çıxmasından söhbət getmir, təşkilatda qalacaqlar
Avropa Komissiyasının Prezidenti gələn həftə Azərbaycana səfər edəcək
Rusiyanın sabiq müdafiə naziri Sergey İvanov vəfat edib
MN-in rəhbər heyəti Fəxri Xiyaban, Zəfər parkı və Hərbi Memorial Məzarlığı ziyarət edib
Moskvada MDB İqtisadi Şurasının iclası keçirilib, Ermənistan yüksək səviyyəli nümayəndə göndərməyib - FOTO
Rusiya ilə Ukrayna arasında “160-ın 160-a” formatında əsir mübadiləsi olub
Abşeronda 122 motoxuliqan saxlanılıb - VİDEO
DİN: İtkin düşən 6 nəfər tapılıb
Kür və Araz çaylarında sululuq artacaq, subasma halları ehtimal olunur - XƏBƏRDARLIQ
Bastrıkin Rusiyada 12 yaşından cinayət məsuliyyətinin tətbiqi ideyasından danışıb
Cənubi Koreya İran və ABŞ arasında əldə olunmuş razılaşmanı alqışlayır
Tehran Hörmüzdən keçidin İranla koordinasiya olmadan təmin edilə bilməyəcəyini bildirir
Yanacaq böhranı yaşanan Krım və Sevastopolda fövqəladə vəziyyət elan edilib
"Neftçi" Vernidubla müqavilənin müddətini uzadıb
Kreml ABŞ-ı Ukrayna münaqişəsinin həllində tamamilə neytral vasitəçi hesab etmir
Bank əmanətçilərinin depozit gəlirləri beş ayda 600 mln. manatı ötüb
Bakı, Xankəndi, Şuşa və daha beş şəhərdə hərbçilərin yürüşü keçirilib - FOTO - YENİLƏNİB
Lavrov Rubionun Alyaskadakı danışıqlar barədə sözlərinə cavab verib
Azərbaycan Ordusu – müstəqilliyin, suverenliyin və milli iradənin rəmzi - TƏHLİL
Moldova səfiri Rusiya XİN-ə çağırılıb, nota təqdim edilib
Bakıya və rayonlara leysan yağacaq - SABAHIN HAVASI
Həştərxanın vitse-qubernatoru: Biz Azərbaycanın dostlarıyıq və hər zaman onun yanındayıq
Sumqayıtda “Vida yeri-Lələtəpə” sənədli filminin təqdimatı keçirilib - FOTO
Zabil Qəhrəmanovun cinayət işi məhkəməyə göndərilib
Bakıda və bölgələrdə külək güclənəcək - XƏBƏRDARLIQ
Qazaxıstan Azərbaycandan aviasiya yanacağı idxalına başlaya bilər
Rusiya nümayəndə heyəti Qubadlıda tikilən uşaq bağçasında görülən işlərlə tanış olub - FOTO
Duma Rusiyanın müdafiəsini sarsıdan korrupsioner məmurlar üçün ölüm hökmü tətbiq etmək istəyir
Türkiyə MN Azərbaycanı Silahlı Qüvvələr Günü münasibətilə təbrik edib
Azərbaycanda bank müştəri hesablarının sayı 18%-dən çox artıb
Ukrayna Rusiyaya kütləvi dron hücumu edib, 700-dən çox PUA vurulub
Cinayət törətməkdə şübhəli bilinən 61 nəfər saxlanılıb
Bəzi rayonlarda şimşək çaxır, yağış yağır - FAKTİKİ HAVA
Xüsusi nümayəndə: Azərbaycan Ordusu NATO standartları ilə yüksək səviyyədə qarşılıqlı uyarlılığa sahibdir
Səfir: Britaniya Azərbaycanla tərəfdaşlığı daha da gücləndirməkdə qərarlıdır
ABŞ-ın SEPAH-la bağlı kiberhücuma görə axtarışa verdiyi İran vətəndaşı Monteneqroda həbs edilib
"Azər Türk Bank"ın şəhid əməkdaşı ordenlə təltif edilib
Azərbaycan nefti bahalaşıb
Azərbaycandan Ermənistana 18 vaqon benzin və 8 vaqon dizel yanacağı göndərilib - FOTO
Naxçıvanda hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
AZAL 2032-ci ilədək donanmasını 50 təyyarəyə çatdırmağı planlaşdırır - VİDEO
FSB Dağıstanda məktəblərə hücum planlaşdıran 17 yaşlı yeniyetməni saxlayıb
Maqdalena Qrono: Aİ Azərbaycan-Ermənistan sülh prosesinə öz dəstəyini davam etdirəcək
Xankəndidə Silahlı Qüvvələrin 108-ci ildönümü ilə əlaqədar hərbi yürüş keçirilir - FOTO
Gəncədə hərbi orkestrin müşayiəti ilə yürüş başlayıb - FOTO
Lənkəranda 26 kiloqram narkotik aşkarlanıb