Bank Of Baku

Səid Cəlili: “İran “altılıq” ölkələri ilə əməkdaşlıq üçün müzakirələrə hazırdır”

Səid Cəlili: “İran “altılıq” ölkələri ilə əməkdaşlıq üçün müzakirələrə hazırdır”
# 18 may 2012 10:15 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “İrana qarşı təzyiqlər və təhdidlər nəticə verməyəcək, biz nüvə haqqımızdan əl çəkməyəcəyik”. APA-nın məlumatına görə, bunu İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili deyib.

O bildirib ki, “altılıq” ölkələri ilə keçiriləcək Bağdad görüşündə əsas müzakirə mövzularından biri də İranın nüvə enerjisi əldə etmək haqqına dair əməkdaşlıq olacaq: “Təzyiq və təhdid dövrü geridə qaldı. Biz əməkdaşlıq üçün müzakirələrə hazırıq. İran elm və texnologiyaya sahib ölkədir. Bunun verdiyi güclə müzakirələrdə İran xalqının haqqını müdafiə edəcəyik”.

S. Cəlili əlavə edib ki, İran seçdiyi inkişaf yolundan dönməyəcək: “Geriyə yol yoxdur. Nüvə sahəsində geri düşməyimizi istəyirdilər, amma İran nüvə ölkəsi oldu”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR