Bank Of Baku

İranın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib - FOTO

İranın Türkiyədəki səfirliyi qarşısında etiraz aksiyası keçirilib - <font color=red>FOTO</font>
# 19 may 2012 15:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Türkiyədə yaşayan əslən İrandan olan azərbaycanlı siyasi mühacirlərin və azərbaycanlı tələbələrin iştirakı ilə Ankarada İran əleyhinə etiraz aksiyası keçirilib. Bu barədə APA-ya aksiya təşkilatçılarından Türkiyədə yaşayan və əslən Ərdəbildən olan azərbaycanlı siyasi mühacir Siyamək Babanejad məlumat verib. O bildirib ki, aksiya İranda azərbaycanlı fəalların, jurnalistlərin həbsinə və Urmiya gölünün qurumasına İran dövlətinin laqeyd münasibətinə etiraz olaraq keçirilib. Bu gün Kuğulu parkına toplaşan aksiya iştirakçıları oradan İranın Ankaradakı səfirliyinin qarşısına doğru yürüş keçiriblər: “Tədbiri Türkiyədə yaşayan azərbaycanlı siyasi mühacirlər və tələbələr olaraq birgə təşkil etdik. Tələbimiz zindanda olan fəalların və jurnalistlərin dərhal azadlığa buraxılması, İranda azərbaycanlıların məruz qaldığı hüquq pozuntularının aradan qaldırılması, ana dilində təhsil almaq haqqımızın təmin edilməsi, Urmiya gölünün qurumasının qarşısının alınması üçün İran dövləti tərəfindən tədbirlərin görülməsidir”. Piketdə həbsdə olan azərbaycanlı fəalların və Urmiya gölünün fotoları nümayiş olunub, şüarlar səsləndirilib. Yerli media nümayəndələrinin də iştirak etdiyi aksiyanın sonunda bəyanat oxunulub.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR