Bank Of Baku

İran parlamenti Tehranla “altılıq” arasında Bağdadda keçirilməsi planlaşdırılan növbəti müzakirələrlə bağlı bəyanat qəbul edib

İran parlamenti Tehranla “altılıq” arasında Bağdadda keçirilməsi planlaşdırılan növbəti müzakirələrlə bağlı bəyanat qəbul edib
# 21 may 2012 09:18 (UTC +04:00)
Könül Cəfərli-APA. İran parlamenti rəsmi Tehranla “altılıq” ölkələri arasında mayın 23-də Bağdadda keçirilməsi planlaşdırılan növbəti müzakirələrlə bağlı bəyanat qəbul edib.

APA-nın “Mehr” xəbər agentliyinə istinadən məlumatına görə, sənəddə “altılıq”la müzakirələrdə İran tərəfinin qəbul edəcəyi bütün qərarların dəstəklənəcəyi qeyd olunur və bildirilir ki, Qərbin İran xalqının etimadını qazanması üçün addımlar atmasının zamanı gəlib: “Artıq düşməncə siyasətlərə son verilməsi lazımdır. İran xalqının nüvə texnologiyası sahəsindəki nailiyyətləri alimlərinin əməyinin məhsuludur. “Altılıq” İran xalqının hüququna hörmətlə yanaşmalı, nüvə enerjisindən istifadə etmək haqqımız rəsmi olaraq tanınmalı, ölkəmizlə beynəlxalq səviyyədə qəbul olunmuş NPT müqaviləsi çərçivəsində və İsrailin təzyiqindən kənar rəftar etməlidir”.

İranın xarici işlər naziri Əli Əkbər Salehi isə bildirib ki, tərəflərin müsbət əhval-ruhiyyəsi və xoşməramlı olması müzakirələrdə uğur qazanılmasına gətirib çıxara bilər. O, Bağdad görüşünün müsbət nəticələnəcəyinə ümid etdiyini deyib.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR