Bank Of Baku

AEBA-nın icraçı direktoru ilk dəfə İrana səfər edib

AEBA-nın icraçı direktoru ilk dəfə İrana səfər edib
# 21 may 2012 09:27 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin(AEBA) icraçı direktoru Yukiya Amano İrana ilk dəfə səfər edib. APA-nın İRİB-ə istinadən məlumatına görə, Yukiya Amano, müavini Herman Nakerts və köməkçisi Rafael Qrusini gətirən təyyarə dünən axşam saatlarında İmam Xomeyni adına Tehran Beynəlxalq Hava Limanına enib. Onları hava limanında İranın AEBA-dakı daimi nümayəndəsi Əli Əsgər Sultaniyə, İran Atom Enerji Təşkilatı və İran Xarici İşlər Nazirliyinin nümayəndələri qarşılayıb. Y. Amano bir günlük səfər çərçivəsində Tehranın nüvə proqramı ilə bağlı İran rəsmiləri ilə görüşlər keçirəcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR