Bank Of Baku

Pakistanın Kəraçi şəhərində nümayişçilərin öldürülməsi iğtişaşlarla nəticələnib

Pakistanın Kəraçi şəhərində nümayişçilərin öldürülməsi iğtişaşlarla nəticələnib
# 22 may 2012 23:56 (UTC +04:00)
Bakı-APA. Mayın 22-də Pakistanın Kəraçi şəhərində polisin hərəkətlərinə qarşı etiraz aksiyası 9 nümayişçinin öldürülməsi ilə nəticələnib. Bu barədə APA EFE agentliyinə istinadən məlumat verir.

Etiraz aksiyasını «Avami Təhrik» partiyası təşkil edib. Aksiya zamanı atışma başlayıb və 9 nümayişçi qətlə yetirilib, 30 nəfər, o cümlədən polislər yaralanıblar.

Nümayişçilərin öldürülməsi iğtişaşlara səbəb olub. İğtişaşlar nəticəsində avtomobillər və dükanlar yandırılıb.

Hələlik kimin nümayişçilərə atəş açdığı məlum deyil. Rəsmilər şəhərdə əmin-amanlığı bərpa etməyə çalışırlar.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR