Bank Of Baku

Ehud Barak: “İsrail İranıda uranı zənginləşdirməsini tamamən dayandırmağı və zənginləşdirilən uranın ölkədən çıxarmağı tələb edir”

Ehud Barak: “İsrail İranıda uranı zənginləşdirməsini tamamən dayandırmağı və zənginləşdirilən uranın ölkədən çıxarmağı tələb edir”
# 23 may 2012 01:41 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “Nüvə proqramı ilə bağlı razılaşmaların əldə edilməsinə hazır olduğunu bildirən İran Qərbi ələ salır”. APA-nın məlumatına görə, bunu İsrail müdafiə naziri Ehud Barak Atom Enerjisi üzrə Beynəlxalq Agentliyin (MAQATE) icraçı direktoru Yukiya Amanonun İranla bağlı açıqlamasına cavab olaraq deyib. O bildirib ki, İran “altılıq” ölkələri ilə keçiriləcək Bağdad görüşü öncəsi müxtəlif açıqlamalar verməklə Tehrana qarşı təzyiqlərin azaldılmasına çalışır: “İran rəsmiləri nüvə proqramı ilə bağlı aparılan müzakirələrin guya müsbət nəticə verdiyini göstərmək üçün müəyyən texniki razılaşmalara və sanksiyaların tətbiq edilməsinin təxirə salınmasına çalışır”. E. Barak əlavə edib ki, İsrailin İranın nüvə fəaliyyəti ilə bağlı tələbi dəyişməz qalır: “Biz İranın uranı zənginləşdirməsini tamamən dayandırmasını və zənginləşdirilən uranın ölkədən çıxarılmasını tələb edirik. Hətta İranın zənginləşdirilən uranın bir miqdarını saxlamaq haqqı varsa, ondan ciddi nəzarət altında istifadə etməlidir”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR