Bank Of Baku

İranın birinci vitse-prezidenti: “Urmiya gölünün canlandırılması üçün bütün vasitələrdən istifadə edilməlidir”

İranın birinci vitse-prezidenti: “Urmiya gölünün canlandırılması üçün bütün vasitələrdən istifadə edilməlidir”
# 23 may 2012 08:58 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Urmiya gölünün quruması bütün ölkə üçün bir çox problemlər yaradacaq. Ona görə də bütün vasitələrlə bu su hövzəsini canlandırmaq lazımdır”. APA-nın İRNA-ya istinadən verdiyi məlumata görə, bu sözləri İranın birinci vitse-prezidenti Məhəmmədrza Rəhimi deyib. O bildirib ki, Urmiya gölünün əhəmiyyəti böyükdür: “Bu gölün canlanması üçün müxtəlif vasitələr gündəmə gəldi. Bütün bu üsullardan istifadə edilərək gölün yox olmamasına çalışılmalıdır”.

Qeyd edək ki, mayın 21-də İranın Azərbaycan əyalətlərində Urmiya gölünün qurumasına yerli hökumətin laqeyd münasibətinə etiraz olaraq dinc kütləvi aksiyalar keçirilib. Polis nümayişçilərə qarşı zor tətbiq edib, plastik güllələr və gözyaşardıcı qazdan istifadə edib. Nəticədə yüzdən çox aksiya iştirakçısı həbs olunub və yaralanıb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR