Bank Of Baku

ABŞ nümayəndəsi: “İrandan daha konkret və ciddi addımlar gözləyirik”

ABŞ nümayəndəsi: “İrandan daha konkret və ciddi addımlar gözləyirik”
# 23 may 2012 09:51 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. “Atom Enerjisi üzrə Beynəlxalq Agentliklə İran arasında razılaşma imzalanması barədə qərar qəbul olunmasını təqdir edirik. Ancaq bununla belə, İrandan agentliklə əməkdaşlıq çərçivəsində daha konkret və ciddi addımlar atmasını gözləyirik”. APA-nın “Fars” xəbər agentliyinə istinadən verdiyi məlumata görə, bu sözləri ABŞ-ın beynəlxalq agentlikdəki nümayəndəsi Robert Vud deyib. O bildirib ki, ABŞ rəhbərliyi agentliklə İran arasında aparılan müzakirələrdən xəbərdardır: “Ancaq bu məsələdə daha ətraflı məlumat əldə etmək istəyirik. Eyni zamanda İrandan mübahisəli nüvə proqramı ilə bağlı bütün narahatlıqları aradan qaldırmasını gözləyirik”.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR