Bank Of Baku

İranda aksiyalar zamanı həbs edilən azərbaycanlılardan bir hissəsinin kimliyi məlum olub

İranda aksiyalar zamanı həbs edilən azərbaycanlılardan bir hissəsinin kimliyi məlum olub
# 23 may 2012 10:49 (UTC +04:00)
Urmiya və Təbrizdə yaşayan azərbaycanlı fəalların APA-ya verdiyi məlumata görə, həbs edilən nümayişçilərin bir qismi Urmiyada yerləşən və xalq arasında “Doqquz pillə” kimi tanınan gizli təcridxanada saxlanılır.

İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinə (ETTELAAT) məxsus olduğu bildirilən təcridxanada dindirilən nümayişçilər xarici ölkənin sifarişi ilə aksiya keçirməkdə ittiham olunurlar. Ağır işgəncələr altında bu ittihamı qəbul edənlərin də olduğu xəbəri yayılıb. Verilən məlumata görə, həbs edilənlərin çoxu azərbaycanlı fəal və tələbələrdir.

Mayın 21-də İran hökumətinə qarşı keçirilən aksiyalar zamanı həbs olunan yüzdən çox nümayişçidən aşağıdakıların adları məlumdur:

1. İsrafil Ümidi
2. Behnam Cəfəri
3. Əfsanə Toqir
4. Səid Şexbəgli
5. Mustafa Əvəzpur
6. Qadir Əvəzpur
7. Həmid İman
8. Əli Ağazadə
9. Mehrdad Cəlali Fərd
10. Hüseyn Mirzəxani
11. Əsgər Xanyanı
12. Həmid Nəqudi
13. Mehrdad Rəha
14. Ruhullah Xanı
15. Mehran Kəşavərz
16. Zəhra Nirumənd
17. Qadir Novruzi
18. Əkbər Mühacəri
19. Həsən Mirzəxanı
20. Məhəmməd İsgəndərzadə
21. Əsgər Xanyari
22. Həmid Nüfuzi
23. Həsən Əhmədian
24. Məhəmməd Əskindirian
25. Mehrdad Cəlali

Qeyd edək ki, iyunun 4-də Sulduz şəhərində də analoji etiraz aksiyaların keçiriləcəyi gözlənilir.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR