Bank Of Baku

Bağdadda İranla “altılıq” ölkələri arasında müzakirələr başa çatıb

Bağdadda İranla “altılıq” ölkələri arasında müzakirələr başa çatıb
# 24 may 2012 11:59 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. Bağdadda İranla “altılıq” ölkələri arasında keçirilən müzakirələrin ikinci turu başa çatıb. APA-nın “Fars” xəbər agentliyinə istinadən məlumatına görə, əvvəlcə Avropa Birliyinin xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi Ketrin Eşton və İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili arasında ikinci təkbətək görüş keçirilib. Bundan sonra tərəflər arasında qapalı qapılar arxasında geniş tərkibdə müzakirələr başlayıb. İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlilinin müzakirələrin nəticələri barədə məlumat vermək üçün mətbuat konfransı keçirəcəyi gözlənilir.

Qeyd edək ki, müzakirələrin ilk turunda tərəflər bir-birilərinə yeni təkliflər paketi təqdim ediblər.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR