Bank Of Baku

Son iki ayda İranda “Sepah”ın ona yaxın rəsmisi şübhəli şəkildə ölüb

Son iki ayda İranda “Sepah”ın ona yaxın rəsmisi şübhəli şəkildə ölüb
# 24 may 2012 18:16 (UTC +04:00)
Bakı. Könül Cəfərli – APA. İranda son iki ayda İran İslam İnqilabı Keşikçilər Korpusunun (“Sepah”) ona yaxın rəsmisi şübhəli şəkildə ölüb. APA-nın məlumatına görə, bu barədə İsrailin “Haaretz” qəzeti “Intelligence Online” aylıq internet dərgisinə istinadən xəbər yayıb. Xəbərdə bildirilir ki, bu ölümlərdən yalnız ikisi haqda ictimaiyyətə məlumat verilib. Bunlar birlik komandanı Holanrza Qasımi və Əhvaz şəhərindəki alayın komandiri olan polkovnik Məhəmmədəli Musəvidir. İctimaiyyətə açıqlanmayan ölümlərə isə ürək infarktı keçirdiyi bildirilən İranın ali dini lideri, ayətullah Seyid Əli Xamneyinin “Sepah”dakı nümayəndəsi, general Əhməd Mansuri, yol qəzasında həlak olduqları iddia olunan polkovniklər Nəcəf Əli Hiralli və Nassif Pur və başqaları daxildir. “Intelligence Online” “Sepah”ın İranın “kölgə iqtisadiyyatı”nı idarə etdiyini və ölümlərin də bu məsələdə yaşanan bir düşmənçiliyin nəticəsi ola biləcəyini irəli sürüb.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR