Bank Of Baku

Səid Cəlili: “Bağdad müzakirələrində də İranın nüvə haqqını təkidlə təkrar vurğuladıq”

Səid Cəlili: “Bağdad müzakirələrində də İranın nüvə haqqını təkidlə təkrar vurğuladıq”
# 25 may 2012 03:35 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. “ “Altılıq” ölkələri ilə keçirdiyimiz Bağdad görüşü tərəflərin bir-birinin mövqeyi ilə qarşılıqlı tanış olmağa fürsət verdi”. APA-nın İRİB-ə istinadən məlumatına görə, bu barədə Bağdad müzakirələrində iştirak edən İran nümayəndə heyətinin sədri, İran Ali Milli Təhlükəsizlik Şurasının katibi Səid Cəlili jurnalistlərə açıqlamasında deyib. Bağdad görüşündən sonra mətbuat konfransı keçirən S. Cəlili müzakirələri müsbət dəyərləndirib: “ “Altılıq” ölkələri ilə danışıqlarımız davam edəcək. İranın nüvə fəaliyyəti ilə bağlı haqlarını bu dəfə ki müzakirələrdə də təkrar vurğuladıq. Təkidlə bildirdik ki, uranı zənginləşdirmək bizim də haqqımızdır. Yalnız bu işin keyfiyyəti ilə bağlı danışıqlar aparmaq olar. İranın nüvə fəaliyyətində NPT və beynəlxalq qanunlara tam əməl olunur. Biz qarşılıqlı əməkdaşlığa hazırıq”. S. Cəlili əlavə edib ki, növbəti müzakirələrin Rusiyanın paytaxtı Moskva şəhərində keçirilməsi hər iki tərəfində də razılığı ilə qəbul olunub: “Bağdad görüşündə yalnız nüvə fəaliyyəti ilə deyil, digər sahələrlə bağlı da danışıqlar apardıq. İran Bəhreyn məsələsi barədə də təkliflər irəli sürüb. Qarşı tərəf də bəzi təkliflərlə çıxış edib”.
Qeyd edək ki, İranla “altılıq” ölkələri arasında növbəti müzakirələr iyunun 18-19-da Moskvada keçiriləcək.
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR