Bank Of Baku

İranda 35 azərbaycanlı fəal həbs olunub

İranda 35 azərbaycanlı fəal həbs olunub
# 25 may 2012 22:56 (UTC +04:00)
Bakı. Könül Cəfərli-APA. İranda 35 azərbaycanlı fəal mayın 25-də İran İnformasiya, Təhlükəsizlik və Kəşfiyyat Nazirliyinin (ETTELAAT) əməkdaşları tərəfindən həbs olunub. APA-nın məlumatına görə, Ərdəbilin yaxınlığında yerləşən Meşkinşəhr şəhərində keçiriləcək tədbirdə iştirak etmək üçün Güney Azərbaycanın müxtəlif şəhərlərindən olan 35 fəal yola düşüb. Meşkinşəhrə daxil olan fəallar tədbir keçirilən məkana çatmamış yolda həbs edilib. Hazırda onların harada saxlanılması ilə bağlı heç bir məlumat yoxdur. Hələlik 35 azərbaycanlı fəaldan yalnız 14 nəfərin adı məlum olub:
1. Siyamək Seyfi
2. Vahid Xavəndi
3. Məzahir Ağaməlizadə
4. Vəfa Həmidzadə
5. Fərhad Sərvinaz
6. Mənsur Seyfi
7. Aydın Zakir
8. Mehdi Usuli
9. Bəhman Qurbani
10. Mehdi Mahmudzadə
11. Ramin Musəvi
12. Məcid Haşimian
13. Səccad Sərvinaz
14. Bəhzad Şərqi
1 2 3 4 5 İDMAN XƏBƏR
#
#

ƏMƏLİYYAT İCRA OLUNUR